Təxminən 2 aya yaxındır toplana bilməyən parlament bu gün ilk iclasını keçirərkən, paytaxt Bağdadda parlamentin yerləşdiyi sığınacaqlı Yaşıl Bölgəyə raket hücumu edilib.
Bakıvaxtı.az xəbər verir ki, İraq hökumətinin Media Təhlükəsizliyi Şəbəkəsindən verilən açıqlamada xarici nümayəndəliklərin və hökumət malikanələrinin yerləşdiyi Yaşıl Zonada 3 raketin düşdüyü, hücumda 4 təhlükəsizlik qüvvəsinin yaralandığı bildirilib. Açıqlamaya görə, raketlərdən biri İraq parlamenti binasının qarşısına, digərləri isə qonaq evi və Qüds Nəzarət Məntəqəsinin yaxınlığında düşüb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, parlamentin yerləşdiyi Yaşıl Bölgəyə gedən bütün yollarda və körpülərdə təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, Bağdadda səhər saatlarından Təhrir meydanına toplaşan yüzlərlə insan etiraz aksiyası keçirmişdi.
Aytac Aslan















