Avqustun 28-nə keçən gecə rus ordusu Poltava vilayətinə hücum edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Poltava vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Lunin bildirib.
Sənaye obyektində zərər dəydiyini deyən D.Lunun təfərrüatları açıqlamayıb.
"Qurbanlar barədə məlumat dəqiqləşdirilir", - deyə Dmitri Lunun qeyd edib.
Verilən başqa bir məlumata görə, bu gecə Rusiya Ukraynada “Kalibr” qanadlı raketlərini buraxıb. Ukraynanın əksər bölgələrində hava hücumu siqnalı səslənib.
Xüsusilə də Kiyev və regionda həyəcan təbili çalıb.
Murad Məmmədli
















