Rusiya ordusu Ukraynanın Rivne bölgəsindəki neft anbarını vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rivne vilayət hərbi administrasiyasının rəhbəri Vitali Koval məlumat verib.
Koval həyəcan siqnalının davam etdiyini vurğulayaraq, insanları sığınacaqlarda qalmağa çağırıb.
Qeyd edək ki, son bir neçə gündə Rusiya Ukraynadakı neft bazalarına aktiv şəkildə hücum edir.
















