• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İtaliya Baş naziri Zelenski ilə danışıqlar apardı

DÜNYA

27 Aprel 2022 | 22:11 | Müəllif: Subhan Mahmudov

İtaliya Baş naziri Zelenski ilə danışıqlar apardı

İtaliyanın Baş naziri Mario Draqi və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Ukraynadakı son vəziyyət və Kiyevə edilən yardımlar müzakirə olunub.

“Draqi İtaliya hökumətinin Kiyev hakimiyyətinə tam dəstəyini təkrarlayıb, eyni zamanda, İtaliyanın böhranın davamlı həllinin axtarışına töhfə verməyə hazır olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilib. (modern.az)

Zelanski özünün "Twitter" hesabında isə qeyd edib ki, İtaliyanın Ukraynanın gələcəyi ilə bağlı təhlükəsizlik sazişlərində iştirakı da müzakirə olunub.

O, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində didərgin düşmüş 100 min ukraynalıya ev sahibliyi etdiyi üçün İtaliyaya təşəkkür edib.

Bundan başqa, İtaliya mətbuatı ötən həftə Draqinin tezliklə paytaxt Kiyevə səfər edəcəyini yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026