• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Meymunçiçəyi bu ölkəyə də çatdı

DÜNYA

27 May 2022 | 17:53

Meymunçiçəyi bu ölkəyə də çatdı

Finlandiyada həkimlər ilk meymunçiçəyi xəstəliyini qeydə alıblar. Bu barədə Helsinki Universiteti Xəstəxanasının (HUS) mütəxəssisləri məlumat veriblər.

Bakıvaxtı.az xəbər verir ki, “HUS Finlandiyada ilk meymunçiçəyi hadisəsini təsdiqlədi. Xəstə sağalır. Şübhə ilə bağlı çərşənbə günü məlumat vermişdik”, - deyə həkimlər bildiriblər.

Bundan əvvəl Finlandiyada insanda meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə bağlı ilk hal müəyyən edilmişdi. Qeyd olunur ki, ortopoks qrupuna aid virusun törətdiyi infeksiya yetkin kişidə aşkarlanıb. O, Avropaya səyahət edərkən yoluxub. Qeyd olunur ki, evdə müalicə alan xəstənin halı narahatlıq doğurmur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR