• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya Tacikistandakı hərbi arsenalını gücləndirir

DÜNYA

10 Avqust 2021 | 12:42

Rusiya Tacikistandakı hərbi arsenalını gücləndirir

Rusiya Tacikistandakı hərbi bazasının silah arsenalına yeni atıcı silahlar, habelə “Verba” Raket Əleyhinə Zenit Kompleksi daxil edib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Mərkəzi Hərbi Dairəsi yayıb.

“201-ci hərbi bazaya yeni avtomat - Kalaşnikov “AK-12", “Makarov”u əvəzləyəcək “Yarıqin” tapançaları, iriçaplı “ACBK-M” snayper tüfəngləri, alovsaçanlar və “Verba” Raket Əleyhinə Zenit Kompleksi daxil olub”, - məlumatda bildirilib.

Bu silah və hərbi texnikalar Rusiya, Tacikistan və Özbəkistanın Əfqanıstanla sərhəddə keçirdikləri birgə təlimlərdə istifadə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026