"Rusiya Xersondakı müdafiə xəttinin Dnepr çayının sol sahilinə çəkilməsi ilə bağlı verdiyi qərar həm ölkə daxilində, həm xaricində müzakirələrə səbəb olub. Rəsmi ritorika bunu hərbi motivlə izah edib".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Nazim Cəfərsoy Rusiyanın Xersondakı müdafiə xəttinin Dnepr çayının sol sahilinə çəkiləcəyini bəyan etməsini şərh edərkən bildirib.
O qeyd edib ki, Rusiyanın geri çəkilməsinin geosiyasi müzakirələrlə əlaqəli olduğunu iddia edənlər var: “Qərblə Rusiya arasında müəyyən danışıqlar gedir. Türkiyə də bu danışıqlarda iştirak edir. Rusiyanın siyasi bazarlıqlarla atdığı başqa addımlar da var. Rusiyanın müəyyən ərazilərdən də geri çəkiləcəyi gözlənilir. İddialara görə, proses belə davam edərsə, Amerikanın Ukraynaya müəyyən yardımları azaldacaq. Rusiya-Ukrayna müharibəsində son baş verənləri mən həm hərbi motivli, həm də geosiyasi addımlar olaraq dəyərləndirirəm”.
İbRa
















