• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Ukraynanın 89 hərbi obyektini vurdu

DÜNYA

20 Mart 2022 | 22:31 | Müəllif: Subhan Mahmudov

Rusiya Ukraynanın 89 hərbi obyektini vurdu

Rusiya Silahlı Qüvvələrinin aviasiyası Ukraynanın 89 hərbi obyektini, o cümlədən dörd komanda məntəqəsi və 65 hərbi texnikanın cəmləşdiyi ərazini vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi, general-mayor İqor Konaşenkov deyib.

"Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 89 hərbi obyektini vurub. Onların arasında: dörd komanda məntəqəsi, iki reaktiv yaylım atəş sistemi qurğusu, doqquz artilleriya qurğusu, beş raket və artilleriya silahı və sursat anbarı, həmçinin 65 hərbi texnikanın toplandığı ərazilər də yer alır. Eyni zamanda, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını da havada vurub” – Konaşenkov bildirib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026