Rusiya müharibənin 1229-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 68 049 PUA-sı, 614 zenit-raket kompleksi, 24 156 tank və digər zirehli texnikası, 1 576 reaktiv yaylım atəş sistemi, 27 079 artilleriya və minaatanı, 37 760 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.