Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin bazar ertəsi günü video görüş keçirirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
TASS Kremlin sözçüsündən sitat gətirərək "Putin və Xi Jinping arasında videokonfrans artıq davam edir", bildirir.
Onun sözlərinə görə, bu video-görüş iki ölkə arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasının 20-ci ildönümünə təsadüf edir. Danışıqlar ən yüksək məxfilik qrifi altında baş tutmasına imkan yaradan xüsusi qapalı video-rabitə kanalı vasitəsi ilə həyata keçirilir.
















