• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada 120-dən çox məktəb qrip və SARS-a görə bağlandı

DÜNYA

13 Dekabr 2022 | 00:43 | Müəllif: Subhan Mahmudov

Rusiyada 120-dən çox məktəb qrip və SARS-a görə bağlandı

Rusiyanın Saratov vilayətinin 120-dən çox məktəbi bölgədə qrip və SARS ilə bağlı epidemioloji vəziyyətə görə karantinə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

“Müəyyən edilmiş SARS və qripə yoluxma halları ilə əlaqədar 127 məktəb  və 18 uşaq bağçası, həmçinin Rtişşev Politexnik Liseyi tamamilə bağlanıb”, - idarədən bildirilib.

Eyni səbəbdən 204 məktəbdə 1369 sinif, 81 uşaq bağçasında 168 qrup qismən karantinə alınıb.

Bundan əvvəl Omskda məktəb və uşaq bağçalarının kütləvi şəkildə karantin üçün bağlandığı bildirilmişdi .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026