Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.
Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, nazir mayın 7-də ova gedib. 49 yaşlı Muraxovski sonuncu dəfə Bolşeukovsk rayonunun Pospelovo kəndində olub. Daha sonra yoxa çıxıb.
Hazırda nazirin axtarışları davam edir. Hələlik onun harada olması barədə heç bir məlumat yoxdur.
















