• Bakı 13° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiyalı müğənni “Omikron”a yoluxdu

MƏDƏNİYYƏT

28 Yanvar 2022 | 18:15 | Müəllif: Subhan Mahmudov

Rusiyalı müğənni “Omikron”a yoluxdu

Rusiyalı müğənni Lolita Milyavskaya koronavirusa yoluxub. 

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, o, bu barədə instaqram hekayəsində məlumat yayıb.  

58 yaşlı sənətçi "Omikron" ştammı ilə mübarizə apardığını söyləyib: "Mənə peyvənd vurulmağı yaxşı oldu, ona görə də yüngül formada keçirirəm".

Milyavskaya əlavə edib ki, onun simptomlarına öskürək və boğuq səs daxildir.

Həmçinin, sənətçinin xəstəliyi səbəbindən Müasir Teatrda planlaşdırılan "Evlənmə" tamaşası ləğv edilib. Burada əsas rolu Lolita oynayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026