• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Rusiyalı müşahidəçi: "Seçkilər şəffaf keçirilir"

CƏMİYYƏT

01 Sentyabr 2024 | 18:29 | Müəllif: Gülşən Şərif

Rusiyalı müşahidəçi: "Seçkilər şəffaf keçirilir"

"Azərbaycanda növbədənkənar parlament seçkiləri dəqiq, şəffaf və demokratik keçirilir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının Tümen vilayətindən olan müşahidəçi İqor Xalin deyib. Beynəlxalq müşahidəçi seçki prosesində onlar üçün maraq doğuran məqamlardan birinin də seçicinin seçki bülletenini alarkən ultrabənövşəyi lampadan istifadə edilməsi olduğunu deyib.

O, bildirib ki, Tümen vilayətində seçki komissiyasında çalışır və buraya gələn həmkarları ilə birgə öz işlərinin peşəkarlarıdırlar: "Biz cümə günündən Azərbaycandayıq. Lənkəranı gəzdik, şəhər çox xoşumuza gəldi. Burada seçki məntəqələrində çox dəqiq işləyirlər. Gün ərzində 10 məntəqəyə baxış keçirtdik. İnsanlar seçkilərə könüllü, xoş əhval-ruhiyyə ilə gedirlər. Seçki prosesində neqativ hallarla qarşılaşmadıq”. (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026