Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Qərargahın "Facebook" səhifəsində paylaşım edilib.
Qeyd olunub ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya, təxminən, 24 500 hərbçisini itirib. Məlumata görə, fevralın 24-dən bugünə qədər 87 qanadlı raket, 2 610 zirehli döyüş maşını, 1 077 tank, 491-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnika məhv edilib.
Baş Qərargah son sutka ərzində Rusiyanın ən böyük itkilərinin İzyum istiqamətində müşahidə olunduğunu bildirir.
Ramid İbrahimov
















