Rusiyanın xalq artisti Nina Urqant vəfat edib.
Bakıvaxtı.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, 93 yaşlı aktrisa bu gün Sankt-Peterburqda dünyasını dəyişib.
A.S.Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktrisası 1962-ci ildən burada 30-dan çox obraz yaradıb.
“Pələng Tamer”, “Giriş”, “Mən uşaqlıqdan gəlirəm”, “Oğullar döyüşə gedir” filmləri olmaqla ümumilikdə 50-dən çox filmdə çəkilib.
















