Rusiyanın Ukrayna ilə sərhədyanı ərazisində silsilə partlayış olub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki,hadisə Belqorod şəhərində olub.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Vilayət qubernatoru ərazidə dağıntıların olduğunu bildirsə də, tam olaraq nəyin baş verdiyini izah etməyib.
















