• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rüstəm Qasemi Azərbaycana gəlir

SİYASƏT

09 Mart 2022 | 15:10 | Müəllif: Subhan Mahmudov

Rüstəm Qasemi Azərbaycana gəlir

Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi yüksək səviyyəli heyətin müşayiəti ilə Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

İranlı heyətin Azərbaycana səfəri bu gün Naxçıvana səfərlə başlayacaq, daha sonra səfər Bakıda davam edəcək.

Nazirin səfəri 11 martda Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyanın iclasının keçirilməsi çərçivəsində baş tutacaq.

Səfər çərçivəsində R.Qasemini bir neçə nazirin müavini və digər rəsmi şəxslər müşayiət edəcək.

Səfər çərçivəsində İran heyəti iki ölkənin birgə əməkdaşlıq üzrə layihələri ilə tanış olacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026