• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Sabah bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

11 Mart 2024 | 18:48 | Müəllif: Subhan Mahmudov

Sabah bu ərazilərdə qaz olmayacaq

Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində istismarda olan orta təzyiqli daşıyıcı qaz kəmərinin yeraltı hissəsində, Ağdaş və Göygöl rayonları ərazisində aşkar edilmiş qaz sızmalarının ləğvi, həmçinin Qusar şəhəri, S.Vurğun küçəsi istiqamətində yeni çəkilmiş polietilen qaz xəttinin daşıyıcı kəmərə qoşulması ilə əlaqədar 12.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Quba (18 kənd), Qusar (rayon mərkəzinin bir hissəsi), Göygöl (bir hissəsi) və Ağdaş (bir hissəsi) rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026