• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sabah restoranlar fəaliyyətini dayandırır

CƏMİYYƏT

26 Sentyabr 2021 | 23:44 | Müəllif: Subhan Mahmudov

Sabah restoranlar fəaliyyətini dayandırır

Sabah Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı bir sıra restoranlar fəaliyyətini dayandırır.

Bakıvaxtı.az-ın Manset.az-a istinadən məlumatına görə , "Neolit", "Günaydın", "Niaqara" restoranlar fəaliyyətini dayandırır. Bu barədə saytımıza açıqlamasında adıçəkilən restoranların inzibatçıları bildirib.

"Niqara" restoranının administratoru Emin Hüseynov: " Sabah şəhidlərimizin anım günü ilə bağlı fəaliyyətimizi tamam dayandırırıq. Düşünürük ki, hər kəs bu addımı atmalıdır."

"Neolit" restoranının administratoru Emin Əliyev: " Sabah biz fəaliyyətimizi dayandırırıq. Allah şəhidlərimizi rəhmət eləsin!"

"Günaydın" restoranının inzibatçısı Ərdal bəy: " Genel müdiri gözləyirik, toplantı keçirib, qərar verəcəyik. Böyük ehtimal dayandırırıq. Bu addımı birinci biz atmalıyıq"

Bununla yanaşı bəzi restoranlar sabah fəaliyyət göstərəcək. Bunlar "Su səsi", "Özsüt", "Xaçapuri-garden" restoranlarıdır.

"Özsüt" restoranının administratorunun açıqlaması isə təəssüf doğurur. İnzibatçı Kənan:

"Sabah nə günüdür ki? Nəyə görə dayanmalıyıq, mənə bu barədə göstəriş veriməyib"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026