• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabah hava dəyişkən buludlu, küləkli olacaq

CƏMİYYƏT

03 Yanvar 2022 | 11:56 | Müəllif: Qalib İbrahimoğlu

Sabah hava dəyişkən buludlu, küləkli olacaq

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026