• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sabirabadda 16 yaşlı qızın toyu olub? - Polis araşdırma aparıb

CƏMİYYƏT

05 Oktyabr 2022 | 13:23 | Müəllif: Qalib İbrahimoğlu

Sabirabadda 16 yaşlı qızın toyu olub? - Polis araşdırma aparıb

Sabirabadda 16 yaşlı qızın toyu olub.

Bakıvaxtı.az-ın apa-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Qarağac kənd sakini, 2006-cı il təvəllüdlü Orucova Günəş Rauf qızına Şirvan şəhərindəki şadlıq saraylarından birində toy mərasimi keçirildiyi bildirilir. Onun Şirvan sakini, 1996-cı il Cəfərov Təbriz Abuzər oğlu ilə toyunun keçirildiyi iddia olunur. Yeniyetmənin atası isə qızına nişan mərasiminin keçirildiyini bildirib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026