• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sabunçuda əməliyyatlar zamanı 2 silahlı saxlanıldı

CƏMİYYƏT

22 Yanvar 2024 | 12:19

Sabunçuda əməliyyatlar zamanı 2 silahlı saxlanıldı

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib, 2 silahlı şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Maştağa qəsəbəsi sakini 1963-cü il təvəllüdlü İbrahim Rzayev saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin, yaşadığı evdən isə “Kalaşnikov” avtomatı, patron darağı və 11 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Ondan isə “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunub. İ.Rzayev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.

Həmçinin İdarə əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı Sabunçu rayon sakini olan ümumilikdə 6 nəfər özlərində saxladıqları müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü polisə təhvil veriblər.


Sabunçuda əməliyyatlar zamanı 2 silahlı saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR