• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Saç tökülməsinə bu üsullarla SON

CƏMİYYƏT

02 Iyun 2025 | 15:29

Saç tökülməsinə bu üsullarla SON

Saç tökülməsi bir çox insanın qarşılaşdığı ümumi problemlərdən biridir. Saçların sağlamlığını itirməsi, düzgün qidalanmaması, yanlış saç baxım məhsullarının istifadəsi və stres kimi amillər bu problemin yaranmasına səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər saç tökülməsinin qarşısını almağın yollarını təbii üsullarda görür.

Saç baxımı üzrə mütəxəssislərin sözlərinə görə, bəzi ev şəraitində rahatlıqla tətbiq oluna bilən təbii vasitələrlə saç tökülməsinin qarşısını almaq mümkündür. Həmin üsullar həm əlçatan, həm də effektivdir. Gəlin bu təbii metodlara birlikdə nəzər salaq:

Soğan suyu ilə saç gücləndirmə- Kükürtlə zəngin olan soğan suyu saç köklərini qidalandırır və saçların uzanmasını dəstəkləyir. Eyni zamanda antibakterial xüsusiyyəti sayəsində baş dərisində infeksiya riskini azaldır. Bunun üçün bir baş soğanı rəndələyərək suyunu çıxarın. Alınan suyu saç köklərinə masaj edərək çəkin, 30 dəqiqə saxladıqdan sonra şampunla yuyun. Həftədə 2 dəfə tətbiq edilə bilər.

Hind yağı ilə saçlara qulluq- Omega-6 yağ turşuları və E vitamini ilə zəngin olan hint yağı saç köklərini qidalandırır və qan dövranını sürətləndirir. Bu isə saçların daha sağlam uzanmasına və tökülmənin qarşısının alınmasına səbəb olur. Yağı bir qədər isidərək saç diblərinə masaj edin və 2 saat saxladıqdan sonra yuyun. Bu proseduru həftədə bir dəfə təkrarlamaq kifayətdir.

Aloe vera jeli ilə saç dərisini sakitləşdirin- Aloe vera saç dərisinin pH balansını tənzimləyir, saç köklərini gücləndirir və qaşınma, qızartı kimi problemlərin qarşısını alır. Təzə aloe vera jelini saç dərisinə çəkin, 30-40 dəqiqə gözləyin və sonra ilıq su ilə durulayın. Bu üsulu həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.

Yaşıl çayla saç köklərini oyadın- Antioksidantlarla zəngin olan yaşıl çay saç köklərini stimullaşdıraraq tökülməni azaldır. İki poşet yaşıl çayı dəmləyib soyudun, saç dərinizə masaj edərək çəkin və 1 saat saxladıqdan sonra durulayın. Həftədə 2 dəfə istifadəsi tövsiyə olunur.

Mütəxəssislər bildirir ki, bu təbii üsullar nizamlı tətbiq olunduqda saç tökülməsi problemini əhəmiyyətli dərəcədə azalda bilər. Ancaq saç tökülməsi davam edərsə, həkimə müraciət etmək vacibdir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

03 Iyun 2025