• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sinif yoldaşını döyən şagird indi harada oxuyur?

CƏMİYYƏT

21 Noyabr 2022 | 11:03

Sinif yoldaşını döyən şagird indi harada oxuyur?

Paytaxtdakı 112 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İdarədən Bakıvaxtı.az-a verilən xəbərə görə, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb.

Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, videogörüntüdə sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir.

Onu da qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026