“Şahdağ Xeyriyyə” İctimai Birlyi “Aztəminatlı ailələrdən olan uşaqların “soft skills” - təməl bacarıqları ilə tanış edilməsi tədbirləri” adlı layihənin icrasını tamamlayıb.
Birlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib. 2 ay icra edilən layihənin əsas ideyası aztəminatlı ailələrdən olan şagirdləri “soft skills” - təməl bacarıqları və XXI əsrin vərdişləri ilə tanış etmək olub.
Müasir karyera inkişafına dair yazılarda "sərt bacarıqlar" və "yumşaq bacarıqlar" kimi terminlərə tez tez rast gəlirik. Bu bacarıqlar müasir əmək bazarında vacibdir. Gəncləri bu bacarıqlara məktəb illərindən hazırlamaq lazımdır. Ənənəvi məktəb təhsili bu məsələlərin həllini nəzərdə tutmur. Bu məqsədlə belə mühüm bacarıqların sistemli öyrədilməsinə, ilkin mərhələdə şagirdləri bu haqda maariflənməsində ehtiyac var.
Layihə çərvivəsində bu məsələlərə diqqət edilib, XXI əsrin əsas vərdişləri ilə uşaqlar tanış edilib. Layihə şagirdlərin böyük marağına səbəb olub.
Beləliklə, layihənin icrası uğurla tamamlanıb.
















