• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Sahibə Qafarova qadınları təbrik edib

GÜNDƏM

08 Mart 2021 | 11:40

Sahibə Qafarova qadınları təbrik edib

Milli Məclisin Sədri Sahibə Qafarova Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Bakıvaxı.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz və dəyərli xanımlar! Sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban vermişdir. Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026