• Bakı 20° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Sahibə Qafarova Tacikistanda səfərdədir

SİYASƏT

10 Oktyabr 2024 | 14:29

Sahibə Qafarova Tacikistanda səfərdədir

Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tacikistanda işgüzar səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Düşənbə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mavsuma Muini, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Düşənbədə keçirilən “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında çıxışı və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025