Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Əlavə məlumat veriləcək.
***17:10
Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın baş verib.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
















