• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şahin Mustafayev: Naxçıvanla Azərbaycanın digər ərazilərini...

İQTİSADİYYAT

10 Fevral 2025 | 20:01 | Müəllif: Subhan Mahmudov

Şahin Mustafayev: Naxçıvanla Azərbaycanın digər ərazilərini...

Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

O, İran Prezidentinin Azərbaycana planlaşdırılan səfərinin iki ölkə arasında münasibətlərdə yeni imkanlar açacağına inandığını söyləyib:

"İki ölkə arasında münasibətlər inkişaf edir. Əməkdaşlığın əsas sahələrindən biri də nəqliyyatdır. Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması regionun inkişafına böyük töhfə verəcək. Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər layihələr də regionun inkişafına hesablanıb. Eyni zamanda Ordubad Su Elektrik Stansiyası da bölgəmiz üçün böyük əhəmiyyət daşıyır"./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026