• Bakı 20° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Şahmatçımız Dünya Kubokuna vəsiqə qazandı

İDMAN

20 Noyabr 2024 | 10:02

Şahmatçımız Dünya Kubokuna vəsiqə qazandı

Azərbaycan şahmatçısı Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında Dünya Kubokuna vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, qrossmeyster buna Petrovats şəhərində təşkil olunan yarışda 14-cü yeri tutmaqla nail olub.

11 turun nəticələrinə görə azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni məhz R.Məmmədov göstərib. O, 7,5 xal toplayıb. Digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.


SON XƏBƏRLƏR