• Bakı 13° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Şair Moşu"koronavirusa yoluxdu - Xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

MƏDƏNİYYƏT

31 Yanvar 2022 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

"Şair Moşu" koronavirusa yoluxdu - Xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Koronavirusa yoluxan Xalq artisti Valeh Kərimov özünü yaxşı hiss edir.

Bunu Bakıvaxtı.az-a Xalq artistinin özü bildirib.

Onun sözlərinə görə, profilaktika məqsədi ilə xəstəxanaya yerləşdirilib.

“Bir-iki günlük profilaktika məqsədilə xəstəxanaya yerləşdirildim. Ciddi bir şey yoxdur. Hazırda özümü yaxşı hiss edirəm. Narahat olmayın!”

Valeh Kərimov sabah xəstəxanadan çıxacağını deyib

***

30 yanvar, saat 00:03

Xalq artisti, tamaşaçıların daha çox "Şair Moşu Göyəzənli" kimi tanıdığı Valeh Kərimov koronavirusa yoluxub.

Bakıvaxtı.az verir ki,  aktyor Ağdaş rayon Pandemiya Mərkəzinə yerləşdirilib.

Məlumata görə, Ağdaşa tamaşaya gedən xalq artisti test verib. Nəticəsi pozitiv olan V.Kərimov xəstəxanaya yerləşdirilib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026