• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Salyan sakinindən 2,5 kq heroin götürüldü

HADİSƏ

29 Mart 2024 | 14:20

Salyan sakinindən 2,5 kq heroin götürüldü

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Zayıdov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, onun üzərindən 2 kiloqram 500 qram heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, H.Zayıdov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026