• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Samaradan Bakıya uçan təyyarə geri qayıtdı

Gündəm

02 Fevral 2023 | 23:01

Samaradan Bakıya uçan təyyarə geri qayıtdı

Samaradan Bakıya uçan “Utair” şirkətinin təyyarəsi mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün geri qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Privoljskaya Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Utair” şirkətinin “Boinq-735” təyyarəsinin komandiri mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün Kurumoç hava limanına geri qayıtmaq qərarına gəlib. Təyyarə eniş edib və hazırda problem aradan qaldırılır.

Uçuşu gözləyərkən sərnişinlər federal aviasiya qaydaları ilə nəzərdə tutulmuş xidmətlərlə təmin olunacaqlar.

Qeyd olunub ki, nəzarət orqanı hadisənin baş vermə şəraitini yoxlayacaq və əsaslar olduqda prokurorluq tərəfindən cavab tədbirləri görəcək.


SON XƏBƏRLƏR