• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Samsung çoxdan gözlənilən yenilikləri təqdim etdi

MULTİMEDİA

10 Mart 2022 | 06:17 | Müəllif: Qalib İbrahimoğlu

Samsung çoxdan gözlənilən yenilikləri təqdim etdi

Ötən ay Samsung-un GalaxyUnpacked 2022 təqdimatında, dünyaca məşhur istehsalçı Galaxy S22, S22+ və S22 Ultra kimi yeni smartfonlarını və Tab S8, S8+ və S8 Ultra planşetlərini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, təqdimat təkcə NyuYorkda yerləşən əsas 837x mağazasında deyil, həm də onun metaversedəki surətində də baş tutub.

Smartfonların ön və arxa hissələri toxunuşa xoş gələngücləndirilmişmat şüşə ilə örtülüb, Bu səbəbdəndə modellərin rəngləri həqiqətən heyrətamizdir, belə ki, ancaq süsə səthlərdə rəngin "dənəli" quruluşu və zəngin rəng çalarlarını daha dəqiq şəkildə çatdırmaq mümkündür. Burada digər sürpriz isə ilk dəfə Galaxy Z Fold3 və Flip3 qatlana bilən smartfonlarında təqdim edilən gücləndirilmiş alüminiumdan hazırlanmışçərçivədir. S22+ və S22 flaqmanları diaqonal və akkumulyator ölçüsü, ekran parlaqlığı (S22+ üçün 1750 nit, S22 üçün isə - 1300 nit), daxili yaddaş ( müvafiq olaraq 256QB və 128 QB) və sürətli yükləmə dəstəyi ( müvafiq olaraq 45 və 25 vatt) ilə fərqlənir. Həm Galaxy S22 Ultra, həm də S22 + avtomatik rejimdə günəş işığında maksimal 1750 nitparlaqlığına malikdir və bu, nə az nə çox yeni rekord deməkdir. S22+ və S22-in digər göstəriciləri demək olar ki, eynidir, onlar hətta eyniExynos 2200 prosessoru ilə işləyir. Smartfonlardahəm də IP68 standartların uyğun sukeçirməməzlik təqdim edilib, belə ki, cihaz suyun 1.5 dərinliyində 30 dəqiqəyə qədər saxlana bilər. Modellər həmçinin Dynamic AMOLED 2X displeyi ilə təchiz olunublar ki, indi onların işləmə tezliyini saat 24hersdən 120 hers-ə qədər dəyişə bilərsiniz (yüksək tezlikdə şəkil daha axarı olacaq).

Təqdimatda yeni məhsulların kameralarına da çox diqqət yetirilmişdir. Birincisi, 12 meqapiksellik ultra geniş bucaq, ikincisi 50 MP -likgeniş bucaq,üçüncüsü isə üçqat zoom-la10 meqapikselliktelefoto obyektivolmaqla, cihazlar dörd kameralı modul ilə təchiz edilmişdir. Həmçinin burada 10 meqapiksellik ön kamera da təmsil olunmuşdur. Bundan əlavə, kameralarda hamar fokus hərəkəti rejimi vardır ki, bu rejim öz növbəsində "film effekti" əldə etməyə kömək edir. Galaxy S22 və S22+ modelləri üçün əsas dəyişiklik zoomgöstəricisinin 3x hibrid əvəzinə 3x optikə dəyişməsi olmuşdur. Burada həmçinin onu da qeyd etmək lazımdır ki, smartfonlarsüni intellektlə təchiz olunmuşdur, əla gecə çəkilişlərini dəstəkləyir və Samsung üslubuna uyğun yüksək detallı və təzadlı fotolar təqdim edir.

SamsungUnpackedtəqdimatının ən çox gözlənilən cihazı Galaxy S22 Ultra idi. Galaxy S22 Ultra axarı kənarları, incə çərçivələri olan heyrətamiz 120Hz Dinamik AMOLED 2X ekranı və təkmilləşdirilmiş S-Pen ilə təchiz olunmuşdur. Samsung-un yeni flaqmanı 6,8"QuadHD+ ekrana malikdir. S22 Ultra yeniləmə sürətini 1Hz-dən 120Hz-ə qədər dəyişərək, batareyanın ömrünə qənaət edir və işləmə gücünüoptimallaşdırır. Artıq bir neçə ildir ki, Ultra-nın əsas üstünlüklərindən biri heyrətamiz displeydir. Cihazdan günlük istifadə zamanı displeyin niyə əvəzolunmaz olduğunu tam başa düşürsən. Ekran öz imkanları ilə valeh edir və buna diqqət yetirməyə dəyər, yalnız bu üstünlüyü sayəsində cihazı bazarda mövcud olan bir çox smartfonlardanfərqləndirmək olar. YouTube-da və ya hər hansı digər resursda yayımlanan videolara baxarkən ekran məzmunu sadəcə müqayisə olunmaz şəkildə ifadə edir. Burada təsvir parlaqlığı maksimum dərəcədə işıqlı, detallarən yüksək səviyyədədir,axarlılıq isə sadəcə heyranedicidir.

Galaxy S22 Ultra təkmilləşdirilmiş OIS (Optik GörüntüSabitləşdirməsi) və VDIS ilə böyük 108MP əsas sensordan ibarət dörd kameralı sistemdən istifadə edir ki, bu da ən keyfiyyətli videonu qeyd almağa imkan yaradır. O, həmçinin 10x optik zoom və OIS ilə 10MP periskop kameraya, 3x optik zoom və OIS ilə 10MP telefoto obyektivə və 12MP ultra geniş bucaqlı sensora malikdir. Diqqət yetirin ki, Ultra-da kameralar üçün xüsusi haşiyə nəzərdə tutulmayıb, obyektivlər korpusun arxa hissəsinə səliqəli şəkildə tətbiq edilmişdir. Düşünürəm ki bu, Ultra-nın hətta vizual olaraq digər modellərdən fərqləndirmək məqsədi ilə edilib.

SamsungGalaxy S22 Ultra saniyədə 24 kadr sürətlə 8K video çəkiliş edə bilir. Ön kamera isə 60 kadr sürətlə 4K video yazmağa qadir olan 40 meqapiksellikselfi kamerası ilə təmsil edilib. İçlik baxımından Galaxy S22 Ultra ən yeniExynos 2200 çipindən istifadə edir.O, 12QB RAM və 256QB yaddaşla birlikdə əla nəticələr vəd edir. Lakin yeniçipsetin əsas üstünlüyü, təkmilləşdirilmiş istilik paylayıcısına malik olmasıdır. Gəlin düzünü deyək, rahat oynadığınız yerdəsmartfonun arxahissəsinin yavaş-yavaş, qızması, xoşa gəlməz haldır. Bir qayda olaraq, istehsalçılar istifadəçilərin qızmalara fikir verməyib, "gücə" üstünlük verəcəklərini əsas götürərək,  güclü prosessorlardan istifadə edərək, onların nəticədə "isti" prosessorlaraçevriləcəklərinə göz yumurlar. Lakin hər istehsalçı yüksək keyfiyyətli istilik paylanmasını təmin edə bilmir, lakin,Samsungbu işin öhdəsindən qüsursuz gələrək, Galaxy S22 Ultrasmartfonundaqrafen lövhədən istifadə edib. Sözügedən bu lövhə, əməliyyat zamanı prosessorun ixrac etdiyi istiliyibərabər şəkildə yayaraq, qızmaların qarşısını alır. Yeri gəlmişkən, qrafen borusu günümüzdə mövcud olan həllərin ən effektividir.

SamsungElectronics şirkətinin prezidenti və MX Business rəhbəri T.M.Ro, öz çıxışında qeyd edib ki, ünsiyyət qurmaq və əylənmək üçün getdikcə daha çox video formatlarına etibar edirik və bu səbəbdən planşetin onun böyük ekranı və portativliyi ən cəlbedici xüsusiyyətinə çevrilib.

"Biz illərin mobil innovasiyalarına əsaslanaraq, Galaxy Tab S8 seriyasını təkmilləşdirdik və ilk Galaxy Tab S8 Ultra ilə planşet istifadəsi sərhədlərini aşmağa çalışdıq".

 Beləliklə, Koreya şirkəti çoxdan gözlənilən Galaxy Tab S8 seriyasını datəqdim edib.

Burada da korpusdan başlayacağıq, planşetlərdəgücləndirilmiş alüminiumdan istifadə edilib - bu, cihazları demək olar ki, üçdə bir qədər güclü edib. Planşetlərin xarici görünüşü həmişəki kimi göz oxşayandır: hamar, tutqun səthvə S Pen üçün maqnitləşdirilmişdir sahə. Burada "ən kiçik" model - Tab S8 - LCD ekrana (11") sahibdir.  Lakin, S8 + və S8 Ultra AMOLED, 12,4" və 14,6" diaqonal displeylə təchiz olunmuşdurlar. Hər bir planşetin komplektasiyasına S-Penstilusu daxildir. Bütün məhsul xətti indi həm əsas, həm də ön kameralarla 4K-da video çəkə bilir. Yeri gəlmişkən, S8 Ultra hər biri 12 MP geniş bucaqlı və ultra geniş bucaqlı iki ön kameraya malikdir.

Samsung Ultra indiyə qədər Galaxy Tab-da görülmüş ən incə çərçivələrə, 11,200 mAh batareyaya (45 Vt sürətli şarj ilə) və sadəcə 5,5 mm nazikliyə malikdir.

Ultra modeli 8 qB RAM və 128 QB genişləndirilə bilən yaddaşla mövcuddur. Galaxy Tab S8 və S8 Plus 8 isə QB RAM və 128 QB genişləndirilə bilən yaddaşla mövcuddur.

Galaxy Tab S8 8000 mAh batareyadan istifadə edir, Tab S8 Plus isə 10090 mAh batareyaya malikdir. Hər iki planşet 45W simli sürətli yükləməni dəstəkləyir, lakin şarj cihazı qutuya daxil deyil.

Bütün Galaxy Tab S8 planşetləri Samsung-un ən son One UI 4 istifadəçi interfeysi və Android 12 sistemi ilə işləyir. Yeni sistem müxtəlif ölçülü bir neçə pəncərəni ekranda istifadə etməyi və multifunksionallağı təmin edir. Samsung bu rejimin xüsusilə təhsil məqsədləri üçün istifadədə və onlayn oyunlar üçün faydalı olacağını vurğulayıb.

Galaxy Tab S8 Ultra yalnız bir rəngdə mövcuddur: qrafit. Galaxy Tab S8 və S8 Plus isə üç rəng variantında mövcuddur: Gümüş, Qrafit və Qızılgül qızılı.

Cihazlar artıq Azərbaycan bazarında da satışa çıxarılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026