• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Səbail”in futbolçusuna ağır cəza

İDMAN

06 Iyun 2023 | 13:13

“Səbail”in futbolçusuna ağır cəza

AFFA İntizam Komitəsi Premyer Liqada mövsümün son turunun “Səbail” – “Şamaxı” oyununda baş verən neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təcavüzkar davranışa görə qarşılaşmada birbaşa qırmızı vərəqə alan bakılıların futbolçusu Elmir Tağıyev 4 oyunluq cəzalandırılıb, klubunu 3200 manat ziyana salıb.

Eyni zamanda, qarşılaşma bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğundan, “Səbail” daha 800 manat məbləğində cərimələnib.

Həm “Səbail”, həm də “Şamaxı” 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərimə ödəməli olacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR