• Bakı 29° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Şəfəq Mehrəliyeva: İnformasiya mühitində sağlam tənqid bacarığı zəifdir

MEDİA

21 Iyul 2025 | 10:50

Şəfəq Mehrəliyeva: İnformasiya mühitində sağlam tənqid bacarığı zəifdir

Media savadlılığı XXI əsrin ən vacib bacarıqlarından biridir. Çünki ola bilər ki, sən oxuyasan və yazasan, amma oxuduğunu düzgün başa düşməyəsən.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu ADA universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının fakültə üzvü Şəfəq Mehrəliyeva bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

    O qeyd edib ki, media savadlılığı təkcə informasiyanı qəbul etmək deyil, həm də onu şərh etmək, müzakirə aparmaq, tolerantlıq və qarşılıqlı hörmət mühitində düzgün analiz etmək bacarığıdır: “Əgər bu məsələlər sinif otağından başlayaraq aşılanarsa, gələcək nəsillər informasiya mühitində daha güclü və birlik içində olacaq. Hazırda informasiya mühitində həm birlik, həm də sağlam tənqid bacarığının zəifliyi ciddi problemdir”.

    O bildirib ki, məlumatlar dərin təhlil olunmadıqda gənclər arasında psixoloji narahatlıqlara səbəb ola bilər.


    SON XƏBƏRLƏR