Vətən müharibəsi şəhidi Elgün Xıdırovun anası vəfat edib.
Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xumar Xıdırova xəstəlik səbəbindən dünyasını dəyişib.
Mərhum Goranboyun Xoylu kəndində oğlunun yanında dəfn edilib.
Qeyd edək ki, Azərbaycan ordusunun baş leytenantı, ali təhsilli hərbçi olan 1989-cu il təvəllüdlü Elgün Xıdırov Vətən müharibəsinin ilk günündə Füzuli istiqamətində şəhid olub.



















