• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şəkidə DƏHŞƏT: Sürücü traktorun altında qaldı

HADİSƏ

26 May 2022 | 09:58

Şəkidə DƏHŞƏT: Sürücü traktorun altında qaldı

Şəkidə traktoru təmir edən sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qırxbulaq kəndində baş verib.

Kənd sakini 67 yaşlı İsa Hüseynov özünə məxsus traktoru işlək vəziyyətdə saxlayaraq texnikada baş verən nasazlığı aradan qaldırmaq üçün təmir işi aparıb.

Bu zaman traktor hərəkət etməyə başlayıb. İsa Hüseynov hərəkət edən traktoru saxlamaq istəyən zaman ehtiyatsızlıqdan təkərin altına yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan İsa Hüseynov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq İsa Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026