• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şəkidə fərdi yaşayış evi yanıb

HADİSƏ

11 Dekabr 2021 | 00:42 | Müəllif: Subhan Mahmudov

Şəkidə fərdi yaşayış evi yanıb

Şəki rayonunun Daşüz kəndndə 1985-ci il təvəllüdlü Elxan Gülhüseyn oğlu Cavadova məxsus, ümumi sahəsi 160 kv/m olan, kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsindən evin iki otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə, dam örtüyünün isə 89 kv/m-lik sahəsi yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026