• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Koronavirus xəstəsi çay evində aşkarlandı

HADİSƏ

09 Yanvar 2022 | 13:03

Koronavirus xəstəsi çay evində aşkarlandı

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı xəstəliyə yoluxmuş şəxs ictimai yerdə aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini K.Qurbani koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib. K.Qurbani şəhər ərazisindəki çay evlərinin birində olduğu aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026