• Bakı 21° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Əhmədlidə avtomobil sexində yanğın -YENİLƏNİB

HADİSƏ

08 Fevral 2022 | 00:11 | Müəllif: Subhan Mahmudov

Əhmədlidə avtomobil sexində yanğın -YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində 19 boksdan ibarət ümumi sahəsi 513 m² olan (hər birinin sahəsi 27 m²) avtomobil təmiri sexinin 5 boksunun ondulindən ibarət dam örtüyü 150 m² sahədə, içərisində olan avtomobil ehtiyat hissələri və avadanlıqlar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bokslarda təmirə dayanmış 2 ədəd minik avtomobili yanğın zamanı yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***22:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026