• Bakı 21° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Şəmkirdə yeniyetmə oğlan itkin düşdü

CƏMİYYƏT

28 Iyul 2021 | 14:57 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə yeniyetmə oğlan itkin düşdü

Şəmkir rayonunda 11 gündür itkin düşən şəxs axtarılır.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı  il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

M. Vəliyevin  əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02  şəhər və (070) 306-45-46  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR