• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zelenskinin olduğu təyyarə Kişinyova uça bilmədi

CƏMİYYƏT

27 Avqust 2021 | 14:18

Zelenskinin olduğu təyyarə Kişinyova uça bilmədi

Moldova müstəqilliyinin 30 -cu ildönümünü qeyd etmək üçün Kişinyova gedən Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən uçuşu dayandıraraq Odessaya enmək məcburiyyətində qalıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər veri ki, məlumatda güclü duman səbəbindən Odessa hava limanına endiyi bildirilir.

Belə bir vəziyyətdə Moldova hakimiyyəti qonaqlarının - Rumıniya və Ukrayna prezidentlərinin Kişinyova vaxtında gələ bilmədikləri üçün bayram tədbirlərinin başlamasını təxirə salmaq məcburiyyətində olduqlarını açıqlayıb.

Moldova müstəqilliyinin 30 illiyini 27 avqustda qeyd edir. Bu münasibətlə Kişinyovda hərbi parad planlaşdırılır.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026