• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"4 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb" - DİN

CƏMİYYƏT

27 Avqust 2021 | 11:28

"4 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb" - DİN

Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məluamata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026