• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir - Deputat

CƏMİYYƏT

29 Fevral 2024 | 11:27

Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir - Deputat

Vətəndaşların qeydiyyatdan çıxması ilə bağlı problem qalmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.

    Komitə sədri bildirib ki, hesabatda Ombudsmanın müraciəti ilə vətəndaşların probleminin həll edildiyi qeyd edilib: “Bəs Ombudsmana müraciət etməyənlər necə? Biz istəyirik ki, bu vətəndaşların hamısının problemi həll olunsun”.

    Komitə sədrinin sözlərinə görə, növbəti problem mənzil, əmlak, sənədsiz evlərdir: “Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir. Bu məsələyə məruzədə yer verilib. Hökumət strukturlarından bununla bağlı ciddi atmağı tələb edirik. Necə olur ki, vətəndaş yaşadığı evdən övladını əsgər yola salır, bütün kommunal xidmət haqlarını ödəyir, amma orada qeydiyyatda deyil”.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024