Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycana səfəri çərçivəsində Füzuliyə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında məlumat paylaşıb.
“Biz Azərbaycanın işğaldan azad etdiyi Füzulidəyik. Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Qafarova ilə birlikdə Füzuli Beynəlxalq Hava Limanında endik, müzakirələr apararaq, aidiyyəti qurumlardan məlumat aldıq”,- deyə o yazıb.

















