• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

SEPAH neft tankerini ələ keçirdi

DÜNYA

29 Iyul 2024 | 15:28

SEPAH neft tankerini ələ keçirdi

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)  əsgərləri Fars körfəzində neft tankerini ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, SEPAH iyulun 26-da Fars körfəzində Toqo bayrağı altında 700 min litr qaçaqmal neft daşıyan Pearl G tankerinin saxlandığını elan edib.

Hərbçilər gəminin Birləşmiş Ərəb Əmirliklərində yaşayan iraqlıya məxsus olduğunu bildiriblər.

Bəyanatda vurğulanır ki, həbs olunan zaman tanker İran gəmisindən qaçaqmalçılıq yolu ilə gətirilən yanacaqla yüklənirmiş.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR