• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Şoyqu ilk dəfə “Vaqner”in qiyamından danışdı

DÜNYA

03 Iyul 2023 | 14:06

Şoyqu ilk dəfə “Vaqner”in qiyamından danışdı

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.

"Qiyama cəhd uğursuz oldu" deyən Şoyqu hesab edir ki, bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi.

 "Təxribat qoşun qruplaşmalarının hərəkətlərinə təsir etməyib. Hərbçilər cəsarətlə və fədakarlıqla qarşılarına qoyulan vəzifələri icra ediblər" deyən müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026