• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sertifikatlaşdırma prosesi: Nəticə və gözləntilər

CƏMİYYƏT

08 Sentyabr 2022 | 09:55

Sertifikatlaşdırma prosesi: Nəticə və gözləntilər

“Sertifikatlaşdırma imtahanlarının birinci mərhələsi çərçivəsində keçirilən son test imtahanlarda 78 % təhsilverən uğur qazanıb. Lakin nəzərə alaq ki, bu rəqəmin belə yüksək olması Bakı, Sumqayıt, Abşeron və Gəncə kimi mərkəzi və iri şəhərlərin bu prosesdə iştirakı ilə bağlıdır. Bu prosesdə Siyəzən, Quba və Xızı kimi rayonların müəllimləri bir qədər yüksək nəticələr göstərsələr də, digər kənd rayonlarının təhsilverənləri yalnız 40%-70% aralığında uğur qazana biliblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki, buna sertifikatlaşmanın birinci mərhələsindən 40% nəticə ilə keçid balını toplayan Daşkəsən rayonunu və 50% nəticə ilə keçid balını toplayan Samux rayonunu nümunə kimi göstərmək olar:

“Bütün bunlar onu deməyə əsas verir ki, buraxılış imtahanlarında aşağı nəticə göstərən digər bölgələrin müəllimləri növbəti imtahan proseslərində də analoji aşağı nəticə göstərəcəklər və uğur qazanmayan müəllimlərin sayı iki dəfə artaraq 30 faiz civarına qalxa bilər. Son nəticədə isə hər 3 və ya 4 müəllimdən biri vəzifəsini itirə və bu belə müəllimlərin işlədiyi çətin relyefli rayonlarda müəllim çatışmazlığına gətirib çıxara bilər”.

K. Əsədov bildirib ki, setifikatlaşdırma imtahanlarında uğur qazanıb 30-40 , 40-50 və 50-60 aralıqlarında bal toplayan müəllimlərin sayı göstərilən bal intervalına uyğun olaraq bərabər paylanıb:

“Sertifikatlaşdırma prosesində 25-35 yaş aralığındakı müəllimlərin 95%-i, 35-60 yaş aralığındakı müəllimlərin 80%-i, 65-70 yaş aralığındakı müəllimlərin isə 70%-i test mərhələsindən uğurla keçmişlər. Sertifikatlaşmada iştirak edən müəllimlərin təqribən yarısından çoxunun balı 40-dan, təqribən üçdə birinin balı isə 50-dən yuxarı olmuşdur. Müəllimlərin İşə Qəbul müsabiqəsinin test imtahanlarında 30-40 aralığında bal toplayan 7 nəfər, 40-50 aralığında bal yığıan 5 nəfər və 50-60 aralığında bal yığıan 1 nəfər müəllim isə sertifiktlaşdırma prosesinin test imtahanı mərhələsindən qəribə olsa da keçid balını belə toplaya bilməmişlər. Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin 99%-i, müsabiqəsiz işə qəbul edilənlərin isə 77%-i sertifikatlaşdırma prosesinin birinci mərhələsindən uğurla keçmişlər”.

Ekspertin sözlərinə görə, Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin orta sertifikatlaşdırma balı 53-ə, müsabiqəsiz işə qəbul edilənlərin balı isə 39-a bərabər olub:

“Nazirliyə biarbaşa tabe təhsil müəssisələrində sertifikatlaşmaya cəlb edilən müəllimlərin 15%-i keçid balını toplaya bilməyib və onların orta sertifikatlaşdırma balı 46-ya bərabər olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərindən sertifikatlaşdırmaya cəlb edilən müəllimlərin isə 14%-i keçid balını toplaya bilməmiş və onların orta sertifikatlaşdırma balı 43-ə bərabər olmuşdur. Ümumilikdə sertifikatlaşdırmanın test mərhələsinə cəlb edilən müəllimlərin 22 %-ikeçid balını toplaya bilməmiş və onların orta sertifikatlaşma balı isə 40-a bərabər olmuşdur”.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərindən sertifikatlaşmaya cəlb edilən müəllimlərin 86%-i, Elm və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin müəllimlərinin 85%-i, Abşeron – Xızı Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin 80%-i, Quba – Xaçmaz Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin 71%-i və Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin isə yalnız 56%-i keçid balını toplayaraq növbəti mərhələyə qədəm qoymuşlar. Beləliklə proqnoz vermək olar ki ölkədəki müəllimlərin ən azı 25%-nin maaşı artmayacaq, ən yaxşı halda 50%-nin maaşı 10 % və 25%-nin maaşı isə 35 % arta bilər” – deyə, Kamran Əsədov bildirib.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026